Avropa Olimpiya Komitəsi 2019-cu ildən başlayaraq idmanın müxtəlif növləri üzrə bir sıra çempionatların Avropa Oyunları çərçivəsində keçirilməsinə və onlara qarşıdakı Yay Olimpiya Oyunlarına təsnifat startları statusunun verilməsinə nail olmaq niyyətindədir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə AOK prezidenti Patrik Hikki bildirib.
İyun ayında Bakıda İlk Avropa Oyunları keçirildi. Turnirdə 253 dəst mükafat uğrunda mübarizə aparılıb, bu yarışlarda Avropanın 50 ölkəsindən olan 6 minə yaxın idmançı 20 yay idman növündə qüvvələrini sınayıblar.
“Mən iki qərarın qəbul ediləcəyinə çox ümid edirəm. Birincisi artıq bu il bir sıra idman növləri üzrə Avropa Çempionatlarının bizim Oyunlara daxil edilməsi ideyasının təqdir olunmasıdır, hansı ki, cüdo ilə bağlı belə bir addım atılmışdı.
İkincisi isə - bu yarışları yalnız qitə Oyunları deyil, Olimpiya oyunlarına vəsiqə qazanmaq üçün seçim yarışları etməkdir. Bu çox məqsədəuyğun olardı və pula qənaət edilməsi ilə nəticələnərdi”, - Hikki bildirib.
Avropa Oyunları-2019 Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarından bir il öncə keçiriləcək.
Daha öncə Hikki TASS-a bildirib ki, turnirin keçirilməsinə üç ölkə namizəddir.
Bakıdakı Oyunlarda Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya 15 vəsiqə uğrunda mübarizə aparılmışdı.