Rusiya futbol çempionatının III divizionunda çxış edən “Ararat-Moskva” klubunun oyunçuları əmək haqlarının verilməməsindən şikayətlənirlər.
“Sports.ru” xəbər verir ki, onlara dörd aydır maaş verilmir.
Çempionatın növbəti turunda futbolçular meydana “Bizim pulumuz haradadır?” yazısı olan köynəklərdə çıxıblar.
Bu aksiya “Ararat-Moskva”nın acınacaqlı vəziyyətinə diqqəti cəlb etmək üçün atılıb.
Komandanın baş məşqçısı Vasili Rojnov bildirib ki, klub rəhbərliyi maaşların paylanmasını dəfələrlə təxirə salıb.
“Mən dörd aydır komandanı çalışdırıram, lakin nə əmək haqqı, nə də mükafat görməmişəm. Bizi vədlərlə yedizdirirlər. Mən belə halda oyunçuları necə məşq etdirim. Axı onların nəsə yediklərindən xəbərim yoxdur”, - deyə mütəxəssis bildirib.
Qeyd edək ki, əvvəllər “Ararat-Moskva” adlı komanda mövcud olub. 2017-c ildə erməni diasporunun maliyyə dəstəyi ilə kluba tanınmış futbolçular Roman Pavlyuçenko və Marat İzmaylov gətirilib.
Lakin sonra “Ararat-Moskva” Ermənistan çempionatına köçüb, onun əvəzinə isə Moskvada başqa eyni adl komanda yaranıb.
Yeni komandanın prezidenti keçmiş futbol agenti Valeri Ohanesyandır, əsas sponsoru isə tanınmış mediamaqnat Aram Qabriyelyanovdır.