Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Arda Turan "Şaxtyor Donetsk"lə razılaşdı
Türkiyənin "Eyüpspor" klubunun baş məşqçisi Arda Turan Ukraynanın "Şaxtyor Donetsk"i ilə razılaşıb.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, tərəflər daha öncə yayılan xəbərləri təkzib etsələr də, artıq Ardan Turanın Ukrayna klubunda alacağı illik maaş da bəlli olub.
Belə ki, təcrübəli çalışdırıcı ilə ikiillik müqavilə imzalanacaq. Arda Turana baş məşqçi vəzifəsi üçün illik iki milyon avro maaş ödənəcək.
Qeyd edək ki, Arda Turanın bu mövsüm 35 oyunda meydana buraxdığı komanda 14 qələbə, 8 heç-heçə, 13 məğlubiyyətlə üzləşib.
"Arda Turan" teqi üzrə xəbərlər
- Arda Turanın komandasının ev oyunlarını keçirəcəyi məkan bəlli oldu
- Arda Turan sosial media hesablarından "Qalatasaray"ın adını silib
- Arda Turanın yeni klubu bəlli oldu
- "Fənərbağça" baş məşqçi postuna sabiq "Qalatasaray"lını gətirmək istəyir
- Ukrayna klubu Arda Turanın baş məşqçiliyi barədə xəbərləri təkzib etdi
Ən çox oxunanlar