Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Arif Rəhimov: “Formula-1” müqaviləsini yenidən uzada bilərik
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov bu il “Formula-1” üçün Bakıya gələcək məşhur müğənnilərindən danışıb.
Oxu.Az xəbər verir ki, o, xarici müğənnilərdən biri ilə danışıqların son mərhələsində olduqlarını bildirib:
“Son üç ildə tanınmış müğənniləri Bakıya dəvət etmişdik. Bu il də bizi dünya şöhrətli müğənnilər gözləyir. Artıq biri ilə danışıqların son mərhələsindəyik.
“Formula-1”in Bakıdan başqa, regionlarda keçirilməsi hazırda mümkün deyil. Ancaq bölgələrdə kiçik simulyator tədbirləri keçirə bilərik. Lakin yarış üçün Bakıdan kənara çıxmağımız mümkün deyil.
“Formula-1” müqaviləsinin beş il yox, üç illik bağlanmasının elə bir səbəbi yoxdur. Biz bu müqavilənin müddətini daha sonra yenidən uzada bilərik”.
Səbuhi Musayev