Şüvüllə tullanma üzrə ikiqat Olimpiya çempionu, isveçli Arman Duplantis karyerasında 15-ci dəfə yeni dünya rekordu müəyyənləşdirib.
Oxu.Az bu barədə championat.com-a istinadən xəbər verir.
O, mövsümöncəsi "Mondo Classic - 2026" turnirində 6.31 metr hündürlüyə tullanıb.
Düplantis elə ilk cəhddəcə hündürlüyün öhdəsindən gələrək dünya rekordu müəyyənləşdirib.