“Arsenal”ın yanvar ayında qış transfer siyasəti uğursuzluğa düçar olub.
Oxu.Az-ın xəbərinə görə, İngiltərə klubu qış transfer pəncərəsində cəmi 3 futbolçunu heyətinə qatdığı halda, 13 oyunçu ilə vidalaşıb.
Gələnlər: Auston Trasti (“Kolorado Rapids”, həmin kluba icarəyə verilib), Mett Törner (“Nyu İnqlənd Revolyuşn”, 7 milyon funta alınıb), Lino Silva (“Vest Bromviç”).
Gedənlər: Hari Klark (“Hibernian”a icarəyə verilib), Eynsli Meytlənd-Naylz (“Roma”ya icarəyə verilib), Folarin Baloqun (“Midlsbro”ya icarəyə verilib), Deyan İliev (müqaviləsinə xitam verilib), Sead Kolaşinats (“Marsel”ə keçib, qarşılıqlı razılıq əldə olunub), Bruk Norton-Kafi (“Linkoln Siti”yə icarəyə verilib), Pablo Mari (“Udineze”yə icarəyə verilib), Karl Hayn (“Redinq”ə icarəyə verilib), Tayris Con-Culs (“Şeffild Venzdey”ə icarəyə verilib), Kalum Çambers (“Aston Villa”ya keçib), Rayan Alebiosu (“Kryu Aleksandra”ya icarəyə verilib), Nikolay Möler (“Den Bos”a icarəyə verilib), Pyer-Emerik Obameyanq (“Barselona”ya keçib).
Qeyd edək ki, “Arsenal” yanvarda bir neçə futbolçunu heyətinə qatmaq istəsə də, bu, baş tutmayıb. Komandaya qatılan yeni futbolçular isə Akademiya oyunçularıdır.
Səbuhi Musa