Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Atletiko Madrid" "Tottenhem"in ulduz futbolçusu ilə danışıqlara başlayıb
"Atletiko Madrid" "Tottenhem"in 32 yaşlı ulduz futbolçusu Son Mini transfer etmək və Antuan Qrizmanı satmaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, "Atletiko Madrid" cənubi koreyalı futbolçu ilə ciddi maraqlanır. Madrid klubu artıq Sonun nümayəndələri ilə əlaqə saxlayıb.
32 yaşlı forvardın Yaxın Şərq klublarının da maraq dairəsində olduğu, lakin onun karyerasını Avropada davam etdirməyə üstünlük verdiyi bildirilib.
Son "Atletiko"da Antuan Qrizmanı əvəz edə bilər - fransalı futbolçunun bu mövsümün sonunda MLS-ə keçməsi gözlənilir.
Qeyd edək ki, Sonun "Tottenhem"lə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. O, 2015-ci ilin yayından bu komandada çıxış edir.
"Son Hın Min" teqi üzrə xəbərlər
- "Tottenhem" ulduz futbolçunun müqaviləsini bir il müddətinə uzadıb
- 2025-ci ilin yayında müqavilələri başa çatan ən bahalı futbolçular - SİYAHI
- "Qalatasaray" İngiltərə Premyer Liqasının ulduzları üçün danışıqlara başlayıb
- Rodriqo Bentankur yeddi oyunluq cəzalandırılıb
- Ulduz futbolçusunun atası uşaq zorakılığına görə cəzalandırılıb
Rəylər