Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Avarçəkmə üzrə Azərbaycan çempionatında İLK
Martın 16-17-də keçiriləcək avarçəkmə üzrə Azərbaycan birinciliyində ilk dəfə dörd nəfərlik kayak qayığında yarışlar təşkil olunacaq.
Oxu.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı baş tutacaq yeniyetmə və gənclər arasında yarış Mingəçevirin "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.
Birincilikdə 2007-2012-ci illər təvəllüdlü 100-dən çox idmançı müxtəlif yaş kateqoriyalarında akademik, kayak və kanoe növlərində mübarizə aparacaqlar. İdmançılar akademik növdə bir, iki və dörd nəfərlik qayıqlarda 500, 1000 və 1500 metr, bir nəfərlik kanoedə 200, 500 və 1000 metr, bir, iki və dörd nəfərlik kayakda 200, 500 və 1000 metr məsafədə medal qazanmağa çalışacaqlar.
"Gənclər və İdman Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda "sahibsiz" stadion aşkarlandı
- Leyla Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən veloyürüşdə iştirak edib
- WAKO-nun prezidenti: "Azərbaycanın idman ölkəsi olduğunu bilirik"
- Dünya Kikboksinq Federasiyasının rəsmiləri Heydər Əliyevin məzarını ziyarət ediblər
- İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi