Kopenhagendə keçirilən B qrupunun Danimarka – Finlandiya matçında AVRO-2020-nin ilk sensasiyası qeydə alınıb.
Oxu.Az xəbər verir ki, Finlandiya bu matçda 1:0 qalib gəlib.
23:26
74-cü dəqiqədə “Totenhem”in yarımmüdafiəçisi Pyer-Emil Höybyerq AVRO-2020-nin ilk penaltisini qola çevirə bilməyib. Finlandiyanın slovakiyalı qapıçısı Lukaş Hradetski topu zərərsizləşdirib.
20:50
Oyunun ilk hissəsinin son dəqiqələrində Danimarka millisinin ulduz futbolçusu, İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Kristian Eriksen huşunu itirib.
Bu səbəbdən oyunda məcburi dayanma baş verib. Hazırda 29 yaşlı idmançının özünə gəlməsi üçün həkimlər əlindən gələni edir.
20:02
1992-ci ilin Avropa çempionu Danimarka öz meydanında ilk dəfə qitə çempionatında mübarizəyə başlayan Finlandiyanı qəbul edir.
B qrupunun ilk matçında favorit meydan sahibləri sayılır. Oyun artıq başlayıb.
19:45
B qrupunun ilk matçının Kopenhagendə baş tutacaq Danimarka – Finlandiya oyununun start heyətləri açıqlanıb.
Oxu.Az-ın xəbərinə görə, matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
🗒️ TEAM NEWS: Eriksen, Højbjerg, and Delaney start in midfield for Denmark...
— UEFA EURO 2020 (@EURO2020) June 12, 2021
🇩🇰 Key man? #EURO2020
🗒️ TEAM NEWS: Finland captain Tim Sparv returns to starting XI and looks set to win 80th cap...
— UEFA EURO 2020 (@EURO2020) June 12, 2021
Predict who you think will shine! 🌟👇#EURO2020