UEFA Avropa və Konfrans Liqalarında 1/8 final mərhələsinin əksər qarşılaşmaları artıq başa çatıb.
Oxu.Az xəbər verir ki, Avroliqada “Portu”nun qonağı olan “Lion” minimal hesablı heç-heçəyə (1:1) nail olaraq, ilk oyundakı qələbəsi (1:0) sayəsində növbəti mərhələyə vəsiqə qazanıb.
Moskva “Spartak”ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avroliqadan kənarlaşdırıldığı üçün Almaniyanın “Leypsiq” klubu birbaşa 1/4 finala adlayıb.
Konfrans Liqası çərçivəsində Niderlandda baş tutan “AZ Alkmaar” – “Budyo Qlimt” oyununda isə qalib əlavə vaxtda müəyyən olunub. 120 dəqiqənin tamamında ilk matçda qələbə qazanmış Skandinaviya təmsilçisinin növbəti mərhələyə adlayacağı dəqiqləşib – 2:2.
UEFA Avropa Liqası
1/8 final mərhələsi (cavab oyunları)
“Lion” (Fransa) – “Portu” (Portuqaliya) 1:1
İlk oyun – 1:0
İlk oyun - 5:2