Hollandiyanın “Ayaks” klubu Avropa Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən ilk oyunda Fransanın “Lyon” komandası üzərində qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, Amsterdamda keçirilən qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Ayaks”ın heyətində Bertran Traore dubla imza atıb (25 və 71-ci dəqiqələr). Hərəyə bir dəfə isə Kasper Dolberq (27) və Amin Yunes fərqləniblər.
“Lyon”un təsəlli qolunu matçın 67-ci dəqiqəsində Matye Valbuyena vurub.
Cavab qarşılaşması mayın 11-də Lyonda keçiriləcək.
Sabah, mayın 4-də, keçiriləcək digər yarımfinal qarşılaşmasında isə İngiltərənin “Mançester Yunayted” və İspaniyanın “Selta” klubları üz-üzə gələcəklər.
S.B.
www.oxu.az