UEFA Çempionlar Liqasının Liqa mərhələsində sabah "Qarabağ"la qarşılaşacaq "Ayaks" klubu Bakıya heyətində ciddi itkilərlə gəlib.
Oxu.Az xəbər verir ki, klub Ağdam təmsilçisinə qarşı oyunda altı futbolçusunun xidmətindən məhrum olub.
Niderland çempionatının ötən turunda "Fortuna" ilə görüşdə zədələnən hücumçu Vout Veqhorst matçın iştirak ərizəsinə salınmayıb. Həmçinin müdafiəçilər Yosip Şutalo, Xerald Alders, yarımmüdafiəçilər Kennet Teylor, Ceyms Makkonnel və Stiven Berquis də zədə səbəbindən Bakıya gətirilməyiblər.
Əvəzində hücumçu Kasper Dolberq və 18 yaşlı müdafiəçi Milo van der Lans 23 nəfərlik heyətə daxil ediliblər.
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" qarşılaşması dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start götürəcək.