Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycan boksçularından Gürcüstanda yüksək nəticə
Gürcüstanın Poti şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan millisi yarışı 7 medalla başa vurub.
Komandamızın heyətində Bilalhəbaşi Nəzərov (50 kiloqram), Zidan Hümbətov (55 kiloqram) və Məhəmməd Cəfərov (+90 kiloqram) bütün rəqiblərinə qalib gələrək, birinci yeri qazanıblar.
Yalnız finalda məğlub olan Sübhan Babayevlə (57 kiloqram) Hüseyn Hüseynli (90 kiloqram) gümüş medala yiyələniblər.
Nihat Qasımov (50 kiloqram) və Rza Rzayev (75 kiloqram) isə turniri bürünc mükafatla başa vurublar.
"Azərbaycan Boks Federasiyası" teqi üzrə xəbərlər
- Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılış mərasimi keçirilib
- Lənkəranda boksçular üçün yataqxana tikiləcək
- Azərbaycanın iki boksçusu 24 və 36 ay müddətinə cəzalandırılıb
- Azərbaycanın boks millisi "Heydər Əliyev Kuboku-2025" beynəlxalq turnirinin qalibi olub
- Azərbaycanlı boksçu Türkiyədə növbəti qələbəsini qazandı
Ən çox oxunanlar