“Rio-2016” Yay Olimpiya Oyunlarında boks yarışlarında yarımfinal görüşləri keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Lorenso Sotomayor Almaniya təmsilçisi Artyom Harutunyan ilə döyüşə çıxıb.
64 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz hər üç raundda (30:27, 29:28, 30:27) rəqibindən üstün olaraq Olimpiya Oyunlarının finalına vəsiqə qazanıb.
Avqustun 21-də finala çıxacaq idmançımızın rəqibi Fazliddin Qaibnazarov (Özbəkistan) olacaq.