Azərbaycan I Liqasının XVI turunda bu gün keçirilməsi nəzərdə tutulan "Mingəçevir" - "Difai" oyunu hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Oxu.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçirilməli olan qarşılaşma saat 14:00-a planlaşdırılmışdı.
Matçın yeni vaxtı hələ dəqiqləşməyib.
Qeyd edək ki, turun bu gün keçiriləcək digər matçında "Baku Sportinq"lə "Cəbrayıl" üz-üzə gələcək.