İsveçrənin Bazel şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında Azərbaycan əsilli atlet daha bir medal qazanıb.
Oxu.Az-ın xəbərinə görə, Böyük Britaniyanı təmsil edən Cesika Qədirova dayaqla tullanmada gümüş medal qazanıb.
Bu hərəkətlərdə Azərbaycan təmsilçisi Marina Nekrasova yeddinci ola bilib.
Qeyd edək ki, 16 yaşlı Cesika Qədirova dünən çöxnövçülükdə bürünc medal qazanıb.
O, sabah xalça üzərində sərbəst hərəkətlər üzrə final mərhələsində mübarizə aparacaq.
Səbuhi Musayev