Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan gimnastı: "Olimpiya Oyunlarında çıxış etdiyim üçün qürurluyam"
"Ölkəmizi Batut gimnastikasında ilk dəfə təmsil etdim və tarixə imza atdım".
Bu barədə Oxu.Az-a açıqlama verən gimnastımız Selcan Mahsudova deyib.
"Olimpiya Oyunlarında çıxış etdiyim üçün qürurluyam. 16 idmançı ilə mübarizə apardım və 10-cu yerin sahibi oldum. İlk dəfə çıxış etdiyim üçün bu nəticəni uğurlu sayıram. Gələcək turnirlərdə çıxışım üçün çox böyük təcrübə oldu. Dünyanın ən güclü rəqiblərinə qarşı mübarizə aparmaq mənə əlavə motivasiya verdi. Növbəti Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün çalışacağam".
Anar Həsənov
Ən çox oxunanlar
Rəylər