Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, günün ikinci matçında “Zirə” “Turan Tovuz”u qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tovuz klubunun heyətində 4-cü dəqiqədə Otto Con fərqlənib. “Qartallar”ın qollarını 82-ci dəqiqədə Filipe Paxtman, 89-cu dəqiqədə Rüstəm Əhmədzadə vurub.
“Zirə” 1/4 finalda bu gün “Şamaxı”nı mübarizədən kənarlaşdıran “Səbail”lə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan” və “Qəbələ” 1/4 finala vəsiqə qazanıblar. Bu raundun “Qarabağ” - MOİK və “Neftçi” - “Qaradağ Lökbatan” oyunları dekabrın 21-də baş tutacaq.
16:07
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
“Report” xəbər verir ki, günün ilk matçında “Səbail” “Şamaxı”nı qəbul edib.
“ASCO Arena”da baş tutan qarşılaşma “dənizçilər”in 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 23 və 45-ci dəqiqələrdə Amil Yunanov, 50-ci dəqiqədə Pedro Nuno, 56 və 80-ci dəqiqələrdə Rüfət Abdullazadə, 90+2-ci dəqiqədə Adi Mehremiç fərqlənib.
“Səbail” 1/4 finalda bu gün reallaşacaq “Zirə” - “Turan Tovuz” matçının qalibi ilə üz-üzə gələcək. Bu raundun “Qarabağ” - MOİK və “Neftçi” - “Qaradağ Lökbatan” oyunları dekabrın 21-də baş tutacaq.
09:32
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.
“Report”un məlumatına görə, ilk olaraq “Səbail” “Şamaxı”nı qəbul edəcək.
“ASCO Arena”da reallaşacaq qarşılaşma saat 14:00-da başlayacaq.
Günün ikinci görüşündə “Zirə” “Turan Tovuz”u sınağa çəkəcək. Matç saat 17:00-da start götürəcək.