Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol milli komandası Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda Slovakiya seçməsi ilə qarşılaşıb.
Bu matçda rəqibinə 21:8 hesabı ilə qalib gələn komanda növbəti mərhələyə qrup lideri kimi yüksəlib. Millimiz ilk qrup oyununda Çexiyanı da məğlub etmişdi - 20:12.
Qeyd edək ki, Azərbaycan basketbolçuları 1/4 finalda Çin yığması ilə üz-üzə gələcəkər Oyun iyulun 27-də, saat 16:00-da start götürəcək.