Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov "Real Madrid" klubunun bazasını ziyarət edib.
Oxu.Az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
Ruslan Əmircanov "Real Madrid"in bazasında klubun sabiq müdafiəçisi Marselo Vieyra ilə görüşüb.
Keçmiş futbolçu U11 və U14 komandalarının məşqlərini izləyib.
Qeyd edək ki, Ruslan Əmircanov karyerası ərzində "Karvan", "Standart", "Neftçi", "Keşlə" (indiki "Şamaxı"), "Səbail" və "Cəbrayıl" klublarında çıxış edib.
