Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan Qran-Prisinin müddətinin uzadılması ilə bağlı danışıqlar başlandı
Azərbaycan Qran-Prisinin müddətinin uzadılması ilə bağlı danışıqlara başlanılıb.
Bu barədə Oxu.Az-a “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai bildirib.
BŞH rəsmisi vurğulayıb ki, FOM ilə bağlanılacaq yeni müqavilənin müddəti bilinmir:
“Hazırda 2025-ci ilədək müddəti əhatə edən yeni müqavilə ilə bağlı danışıqlar gedir”.
Qeyd edək ki, gələn mövsümün ilkin təqvimində Azərbaycan Qran-Prisinin 26-28 apreldə təşkili nəzərdə tutulub.
Səbuhi MUSAYEV
www.oxu.az
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər