Azərbaycan taekvondoçusu Xanoğlan Kərimov Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Oxu.Az xəbər verir ki, 65 kq çəkidə mübarizə aparan idmançı əvvəlcə 1/64 final mərhələsi çərçivəsində Alfredo Martinslə (Portuqaliya) qarşılaşıb. Görüş həmyerlimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
1/32 finalda Xanoğlan Kərimov Zakariya Muhammed Qaliyə (Səudiyyə Ərəbistanı) qalib gəlib - 2:1.
Xanoğlan Kərimov 1/16 finalda Tobias Hittelə (Danimarka) uduzaraq mübarizəni dayandırıb - 0:2.
10:08
Bu gün Azərbaycanın daha bir taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayır.
“Report”un məlumatına görə, 65 kq çəki dərəcəsində Xanoğlan Kərimov dayanq üzərinə çıxacaq.
İdmançı 1/64 final mərhələsində portuqaliyalı Alfredo Martinslə üz-üzə gələcək.
Bu gün, həmçinin qadın taekvondoçular 73 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparacaqlar.
Qeyd edək ki, dünya çempionatı iyunun 4-də yekunlaşacaq. Azərbaycanın 6 taekvondoçusu mundialı medalsız bitirib.