21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Bakıda Şotlandiya U-21 millisi ilə üz-üzə gələn yığma 3:3 hesablı heç-heçəyə razılaşıb.
"Liv Bona Dea Arena" stadionunda keçirilən matçda ev sahibi komandanın qollarını Xəyal Əliyev (7, 49-p.) və Şahin İbrahimov (79) vurublar. Rəqibin heyətində isə Devid Uotson (33) Lyuk Qrem (44) və Semuel Klipp Hardinq (90+1) adlarını tabloya yazdırıblar.
Qeyd edək ki, bu nəticədən sonra Rəşad Eyyubovun rəhbərlik etdiyi milli B qrupunda ikinci heç-heçəsinə imza ataraq, xallarının sayını 2-ə çatdırıb.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, milli komanda Bakıda Şotlandiyanın müvafiq yaş kateqoriyasından ibarət kollektivi ilə üz-üzə gələcək.
Qazaxıstandan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma "Liv Bona Dea Arena"da saat 19:00-da başlayacaq.
Qeyd edək ki, B qrupunda qərarlaşan milli komandamız üç turdan sonra cəmi bir xal toplaya bilib və qrupda 5-ci yerdə qərarlaşıb.