Azərbaycanın kişilərdən ibarət voleybol yığmasının oyunçusu Vadim Kutukov iyunun 12-də Bakıda start götürəcək I Avropa Oyunlarında Azərbaycan yığmasının geyim formasının fotoşəklini təqdim edib.
Oxu.Az xəbər verir ki, Kutukov formanın və digər geyim ləvazimatlarının fotoşəklini şəxsi Facebook səhifəsində yerləşdirib.
Göründüyü kimi, idmançılarımız göy rəngli kostyum, ağ köynək və üzəri bəzədilmiş göy rəngli qalstuk taxacaqlar, ağ şalvar geyinəcəklər.
Bundan başqa, milli komanda ağ, narıncı və qırmızı rənglərlə işlənilmiş, üzərində Avropa Oyunlarının loqotipi olan futbolka da geyinəcəklər.
Ümumilikdə geyimlərdə ağ, qırmızı və narıncı kimi parlaq rənglər üstünlük təşkil edir.
