İyulun 9-da “Baku Marathon Club”da Azərbaycan tarixində ilk dəfə Bakı marafonu (42,2 km) keçirilib.
Oxu.Az-a daxil olan məlumata görə, arasında 3 qız olan 36 yarış iştirakçısı səhər saat 04:00-da Bayraq meydanından Mərdəkan istiqamətində start götürüblər.
Yarış iştirakçıları 6 saat ərzində Bakı bulvarı, Heydər Əliyev prospekti, Zaqulba şosesi boyu hərəkət ediblər.
Finiş dəniz kənarında olub. Marafonçu tituluna 17 nəfər layiq görülüb, onlardan 12-si ilk dəfə marafonda iştirak edib. Beləliklə, Azərbaycanın 12 yeni marafonçusu olub.
Qeyd edək ki, bundan öncə təşkil olan marafonlar yarı marafon olub (21 km).
S.S.
www.oxu.az