"Sabah" basketbol komandasının Çempionlar Liqasının müntəzəm mövsümündəki rəqibləri müəyyənləşib.
Oxu.Az xəbər verir ki, İsveçrənin Lozanna şəhərində keçirilən püşkatmada Azərbaycan çempionunun rəqibləri B qrupunda yer alıblar.
"Sabah" klubu "Nimburk" (Çexiya), "Alba" (Almaniya) və təsnifat mərhələsindən gələcək bir komanda ilə qarşılaşacaq.