Azərbaycanın cüdo üzrə kişi və qadınlardan ibarət milli komandalarına yeni baş məşqçilər təyin olunub.
Oxu.Az-ın Report-a istinadən məlumatına görə, bu barədə qərarı Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsi qəbul edib.
Qərara əsasən, kişilərdən ibarət yığma 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının mükafatçısı Ruslan Maşurenkoya həvalə olunub. Qadınlardan ibarət kollektiv isə sambo və cüdo üzrə dünya çempionu Natiq Bağırova tapşırılıb.
N.O.