Azərbaycanın deflimpiyaçı cüdoçusu Aydın Əzizov İsveçrənin Lozanna şəhərində ilk dəfə keçirilən "Ecole Mont-Olivet Deaf Judo Masters Top 18" turnirində gümüş medal qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Deflimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu dairəvi sistem üzrə keçirilən yarışda üç görüşə çıxıb və yekunda ikinci pilləni tutub.
A.Əzizov yarış çərçivəsində Qazaxıstan, Fransa və Macarıstan təmsilçiləri ilə qarşılaşıb.
Qeyd edək ki, A.Əzizov ilk dəfə təşkil olunan "Masters Top 18" turnirində 81 kq çəki dərəcəsində gümüş medal qazanan ilk Azərbaycan idmançısı kimi tarixə düşüb.