19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi oktyabrın 11-dən 13-dək Bakıda, 13-dən 17-dək isə Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışında olacaq.
AFFA-nın məlumatına görə, yığma hazırlıq prosesində iki yoldaşlıq oyunu keçirəcək.
U-19 oktyabrın 14-də və 16-da Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, Ceyhun Hacıyev oktyabrın 13-də Özbəkistanda komandaya qoşulacaq.
| S. | ADI / SOYADI | KLUB |
| 1 | Xəyal Fərzullayev | “Sumqayıt” |
| 2 | Rəvan Mirzəmmədov | “Sabah” |
| 3 | Musa Məmmədov | “Qarabağ” |
| 4 | Zaman Zamanlı | “Səbail” |
| 5 | Raul Hacıyev | “Rustavi” (Gürcüstan) |
| 6 | Saleh Süleymanov | “Cəbrayıl” |
| 7 | Eşqin Əhmədov | “Qəbələ” |
| 8 | Ravil Qafarov | “Qəbələ” |
| 9 | Rüfət Abbasov | “Neftçi” |
| 10 | Arzu Atakişiyev | “Kəpəz” |
| 11 | Uğur Səfərov | “Qarabağ” |
| 12 | Fəxri Məmmədli | “Sabah” |
| 13 | Şahin Şahniyarov | “Qəbələ” |
| 14 | Murad Ələkbərov | “Zirə” |
| 15 | Edqar Adilxanov | “Şamaxı” |
| 16 | Adəm Topalov | “Səbail” |
| 17 | Murad Məmmədov | “Neftçi” |
| 18 | Ceyhun Hacıyev | “Verl” (Almaniya) |
| 19 | Nihat Mehrəliyev | “Qarabağ” |
| 20 | Əsəd Əsədli | “Turan Tovuz” |
| 21 | Sənan Ağalarov | “Qəbələ” |
| 22 | Sadiq Şəfiyev | “Turan Tovuz” |
| 23 | Xəyyam Məmmədli | “Qəbələ” |