Türkiyənin İsparta şəhərində hazırlıq prosesini davam etdirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti sınağına çıxacaq.
Oxu.Az xəbər verir ki, gənclərimiz təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama matçını keçirəcəklər.
Baş məşqçi Rəşad Eyubovun rəhbərlik etdiyi yığmamızın budəfəki rəqibi Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası olacaq. Futbol azarkeşlərinin diqqət mərkəzində olan bu qarşılaşma "Sav" stadionunda təşkil olunacaq və Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Xatırladaq ki, gənc futbolçularımız bundan əvvəlki sınaqdan uğurla ayrılıblar. Azərbaycanın U-21 millisi iyunun 6-da baş tutan ilk yoxlama görüşündə Bəhreyn yığmasına 3:0 hesabı ilə qalib gəlib.