Şimali İrlandiyanın paytaxtı Belfastda somaliəsilli şəxs tərəfindən törədilən bıçaqlı hücum nəticəsində bir nəfər xəsarət alıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Belfast polisi məlumat yayıb.
"Somaliəsilli olduğu ehtimal edilən 30 yaşlarında kişi ötən gün axşam saatlarında Belfastın şimalında baş vermiş bıçaqlı hücumdan sonra qəsdən adam öldürməyə cəhd şübhəsi ilə həbs edilib. Xəsarət alan 40 yaşlarında kişi xəstəxanadadır və onun vəziyyəti ağır kimi qiymətləndirilir. Hücum nəticəsində o, üz, boyun və kürək nahiyəsindən ciddi xəsarətlər alıb", - deyə polis əlavə edib.
LBC radiostansiyası xəbər verib ki, hücum edən şəxs onun başını kəsməyə cəhd edib. Zərərçəkmişə kömək etmək üçün bir neçə nəfər cinayətkarı neytrallaşdırıb.
Hücum edən şəxs saxlanılıb. Onun motivlərini müəyyən etmək məqsədilə araşdırma aparılır.