Azərbaycanlı futbolçu Araz Abdullayev növbəti dəfə Türkiyə çempionatının I divizionunda məhsuldar ötürməyə imza atıb.
Oxu.Az xəbər verir ki, onun çıxış etdiyi “Boluspor” səfərdə “Bandırmaspor”un qonağı olub.
Görüşdə “Boluspor” 3:2 hesabı ilə qələbə qazanıb. Start heyətdə meydana çıxan Araz 33-cü dəqiqədə sarı vərəqə alıb.
O, 52-ci dəqiqədə Muhammed Gümüşkayanın qol vurmasına şərait yaradıb. Futbolçumuz 90+5-ci dəqiqədə braziliyalı Marlinyo ilə əvəzlənib.
Qeyd edək ki, “Boluspor” sona üç tur qalmış 38 xalla 12-ci sırada qərarlaşıb.
Səbuhi Musayev