Çexiyanın “Slaviya” klubunda baxışda olan azərbaycanlı futbolçular – Amin Seydiyev və Rövlan Muradov daha bir müddət Praqa təmsilçisində qalacaq.
Futbolçuların nümayəndəsi Vaqif Heydərlinin Oxu.Az-a verdiyi məlumata görə, onlar fevralın 10-dək “Slaviya”da baxışdan keçəcəklər.
Qeyd edək ki, bu futbolçular Çexiyaya yollanarkən ilk olaraq onların yanvarın 28-dək orda baxışdan keçəcəyi deyilirdi.
Səbuhi TOFİQOĞLU
www.oxu.az