Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanlı idman jurnalistləri "Fehervar"ın baş məşqçisini boykot ediblər?
Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Fehervar" - "Sumqayıt" matçından (0:0) sonra meydan sahiblərinin baş məşqçisi Tamaş Petonun mətbuat konfransında insident yaşanıb. Buna səbəb çalışdırıcının qarşılaşma ilə bağlı fikirlərinin Azərbaycan dilinə tərcümə edilməməsi olub. Bu zaman tərəflər arasında müəyyən gərginlik yaşanıb. Tərcüməçi tələbinə meydan sahibləri məhəl qoymayınca Macarıstana ezam olunmuş azərbaycanlı jurnalistlər buna etiraz olaraq konfrans otağını tərk ediblər.
Bu barədə Oxu.Az-a açıqlama verən "Sumqayıt" klubunun Mətbuat Xidmətinin rəhbəri Zaur Xudiyev bildirib ki, rəqib komandanın çalışdırıcısının qarşılaşma ilə bağlı fikirlərinin Azərbaycan dilinə tərcümə edilməməsi insidentə səbəb olub.
"Biz Sumqayıtda keçirilən görüş zamanı Macarıstandan gələn cəmi bir nəfər jurnalist olduğuna baxmayaraq, onun üçün tərcüməçi təşkil etmişdik. Üç dildə sinxron tərcümə olunurdu. Biz öz baş məşqçimizin mətbuat konfransı zamanı köməkçilərindən biri həmin deyilənləri ingilis dilinə tərcümə edirdi, rəqib komandanın mətbuat katibi isə tərcüməni macar dilinə tərcümə edirdi. Əks rejimlə isə suallar tərcümə olunurdu. Rəqib komandanın mətbuat konfransı zamanı bizim baş məşqçinin köməkçisinin tərcümə etməsi doğru olmadığından biz mətbuat konfransından çıxdıq, jurnalistlər də boykot etdilər və konfransda iştirak etmədilər".
Rəylər