Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Lyuis Hemilton "Ferrari"də: Yeni era başlayır
"Formula-1" üzrə yeddiqat dünya çempionu Lyuis Hemilton ilk dəfə "Ferrari" bolidində avtodroma çıxıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.
Bildirilib ki, britaniyalı pilot "Ferrari" şirkətinə məxsus olan Fyorano avtodromunda sınaq yürüşü keçirib.
Qeyd edək ki, dünən Hemilton İtaliya komandasının Maranellodakı bazasına baş çəkib, burada yarış oturacağının hazırlanmasında iştirak edib, sükan çarxına baxış keçirib və simulyatorun sükanı arxasında çalışıb. Nahardan sonra Lyuis komandanın üzvləri ilə, xüsusən də onunla çalışacaq mühəndis də mexanik heyəti ilə yaxından tanış olub.
Xatırladaq ki, keçən ilin əvvəlində Hemiltonun 2024-cü il mövsümündən sonra "Mercedes"dən "Ferrari"yə keçəcəyi elan olunub. Britaniyalı pilotun "Ferrari"dəki komanda yoldaşı monakolu Şarl Lekler olacaq. Mediada yayılan məlumata görə, Hemiltonun İtaliya komandasındakı ümumi gəliri ildə 100 milyon dollara çatacaq.
"Lyuis Hemilton" teqi üzrə xəbərlər
- ABŞ prezidentliyinə namizəd Kamala Harris sevimli "Formula-1" sürücüsünün adını açıqlayıb
- "Mercedes" Sinqapurda maşınların rəngini dəyişəcək
- "Formula-1" Azərbaycan Qran-prisində mükafatlandırma mərasimi keçirilib
- "Formula-1" Azərbaycan Qran-prisi Lyuis Hamillton üçün əlamətdar olub
- Yeddiqat dünya çempionu Azərbaycan Qran-prisinə pit-leyndən başlayacaq
Rəylər