Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
AZAL-ın qəzaya uğrayan təyyarəsindən sağ çıxan Səlihət Ceerova xəstəxanada 17 yaşını qeyd ETDİ
AZAL-ın qəzaya uğrayan təyyarəsindən sağ qurtulan zaqatalalı Səlihət Ceerova müalicə aldığı xəstəxanada 17 yaşını qeyd edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Yeni Klinika"nın mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkə hesabında paylaşım edib.
"Xəstəliyə məğlub olanlarımız üçün üzülüb, qəzadan qurtularaq yaralarına rəğmən həyatda qalanların sevincinə şərik oluruq. Səlihət ağır təyyarə qəzasından möcüzə ilə xilas olan yeniyetməmizdir. Bu gün müalicəsinin davam etdiyi "Yeni Klinika"da 17 yaşını tamamladı. Gecə ağladıq, səhər isə toparlanıb onun ad gününü qeyd etdik", - deyə N.Allahyarova bildirib.
Xatırladaq ki, dekabrın 25-də səhər "Azerbaijan Airlines" (AZAL) QSC-yə məxsus Bakı-Qroznı "J2-8243" nömrəli reysi həyata keçirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş nəfər ekipaj üzvü daxil olmaqla 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Son məlumatlara görə, qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlar arasında hər iki pilot daxil olmaqla üç ekipaj üzvü olub.
Qeyd edək ki, qəzadan sonra Prezident İlham Əliyevin tapşırığı ilə hadisənin səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə dövlət komissiyası yaradılıb.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Qambiya prezidenti İlham Əliyevə başsağlığı verib
- AZAL təyyarəsinin qəzası: Həqiqət gizlədiləndə
- Ekspert: "AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, mülki təyyarəni vurmaq əmrini kim verib?"
- Kamran Əliyev: "Təyyarə qəzası ilə bağlı üç ölkə özünə aid sübutları toplayır"
- Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxs SAXLANILDI
Rəylər