Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakının mərkəzi küçəsində aşan yol nişanı bərpa edilib
"Bakının Mirzəağa Əliyev küçəsində qırılan yol nişanı bərpa edilib".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilib.
Qeyd olunub ki, Bakı şəhərində müxtəlif səbəblərdən yol nişanlarının zədələnməsi ilə bağlı ay ərzində onlarla hal baş verir.
"Belə hallar aşkarlandıqda məsələ tərəfimizdən araşdırılır və nişanlar yerinə bərpa edilir. Mirzəağa Əliyev küçəsində qırılan yol nişanı da artıq bərpa edilib",- deyə məlumatda vurğulanır.
Bakının mərkəzi küçəsində yol nişanı aşıb.
Oxu.Az xəbər verir ki, Mirzəağa Əliyev küçəsində velosipedçilər üçün nəzərdə tutulan 4.5 nişanı qırılıb.
Nişanın hansı səbəbdən qırılması məlum deyil.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentlyinə (AYNA) sorğu verilib.
Əzizə İsmayılova
"Yol nişanları" teqi üzrə xəbərlər
- Sürücülərin işini çətinə salan məsələ: Sıxlığı artıran problem necə həll edilməlidir?
- Bakıda sürücüləri çaşdıran yol nişanı - Necə olmalıdır?
- Şəhər şosesində yol nişanı sürücülər arasında çaşqınlıq yaradıb
- Məşhur ticarət mərkəzinin yaxınlığındakı yol sürücüləri çaşdırır
- Bakının mərkəzindəki köməkçi yolda yeni qadağa nişanları qoyuldu