AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək MOİK (Rusiya) - "Mançester Yunayted" (İngiltərə) görüşünə təyinat alıb.
Oxu.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, federasiya rəsmisi Moskva şəhərindəki MOİK Arenada baş tutacaq matçın direktoru (UEFA Venue Director) olacaq.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
E.Ə.
www.oxu.az