Rusiyanın Sankt-Peterburq şəhərində “M1 Selection Online” MMA turniri keçirilib.
Turnirin saytı xəbər verir ki, döyüşlər Liviyada qaçırılmış rusiyalı sosioloq Maksim Şuqaleyə həsr olunub.
“Tinkoff Arena”da gecənin əsas döyüşü WAMMA üzrə azərbaycanlı dünya çempionu Zaur Hacıbabayevlə rusiyalı İsmayıl Saqov arasında baş tutub. Ağır çəkidə baş tutan döyüşdə 31 yaşlı azərbaycanlı idmançı rəqibinə qalib gəlib.
Daha bir döyüşdə azərbaycanlı MMA idmançısı iştirak etməli idi. Lakin 77,1 kq çəki dərəcəsində Tahir Abdullayevlə rusiyalı Ramazan Həsənov arasında keçirilməli döyüş baş tutmayıb. Buna səbəb 23 yaşlı “Tank” ləqəbli (11 döyüşə cəmi bir məğlubiyyəti var – S.M.) Tahir Abdullayevin özünü pis hiss etməsi və döyüşdən imtinası olub.
Ramazan Həsənov “Instagram” hesabında bu rəqiblə döyüşmək üçün yeni tarixin təyin olunmasını istəyib.
View this post on Instagram"Liviya" teqi üzrə xəbərlər
- Yaxın Şərqdə yeni mərhələ: Parçalanan dövlətlər toparlana biləcək?
- Liviya Prezident Şurasının sədri: "Mükəmməl ev sahibliyinə görə Azərbaycana təşəkkür edirəm"
- Liviyada toqquşmalar: Futbol azarkeşləri baş nazirin ofisini yandırdılar - VİDEO
- Qəddafi-Sarkozi əlaqələri ilə bağlı yeni təfərrüat üzə çıxdı
- Liviya Sarkozidən milyonlar tələb edir: ŞOK məhkəmə işi
Digər xəbərlər