Ötən həftəsonu Bolqarıstanın Plovdiv şəhərində aerobika gimnastikası üzrə “Plovdiv Cup” adlı beynəlxalq turnir təşkil edilib.
Oxu.Az xəbər verir ki, yarışda Fidan İbrahimova, Məryəm Topçubaşova, Evelina Kazlovskaya, Aylin Əliyeva və Leyla Əhmədova 9-11 yaşlı gimnastlar arasında yarışıb.
Qrup proqramı üzrə çıxışları gimnastlarımıza bürünc medal qazandırıb.