31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni İl münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası, Dənizkənarı Milli Park İdarəsi ilə birlikdə dekabr ayının 29-u, saat 16:00-da velosiped həvəskarları üçün Kukla teatrından start götürməklə Hökumət Evinə qədər olan marşrut üzrə veloyürüş keçirəcək.
Oxu.Az Federasiyanın saytına istinadən xəbər verir ki, velosipedi olmayanlar federasiya tərəfindən velosipedlə təmin ediləcək, kiçik yaşlı uşaqlara Yeni İl hədiyyələri təqdim olunacaq.
AVİF bütün velosiped həvəskarlarını dekabrın 29-da bayram yürüşünə dəvət edir və bayram sevincini birgə yaşamağa çağırır.