Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıya İsveçrə və Britaniyadan gələcək azarkeşlərdən nələr tələb olunacaq?
İsveçrə və Böyük Britaniyadan (Uels) AVRO-2020 üçün Azərbaycana gələcək futbol azarkeşləri vizanı Bakının Heydər Əliyev Hava Limanından ala biləcək.
Oxu.Az-ın xəbərinə görə, bunun üçün hava limanında onlayn e-viza platforması yaradılıb.
Həmçinin Bakıya gəlməzdən əvvəl onlayn şəkildə üç iş günü ərzində standart viza almaq mümkündür. Lakin zərurət olarsa, təcili vizaları 3-5 saat ərzində almaq olur.
Xarici azarkeşlər hava limanında oyunun biletini və 48 saatdan çox olmayan müddəti əhatə edən COVID testinin nəticəsini təqdim etməlidir. Bundan sonra onlar karantinə alınmayacaq və ölkədə sərbəst şəkildə gəzə biləcəklər.
Qeyd edək ki, pandemiya səbəbindən AVRO-2020 vaxtı fan-zonalar quraşdırılmayacaq.
Səbuhi Musayev
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- "Haber Global": "Mərhum Prezident Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi"
- Valentina Matviyenko Şəhidlər xiyabanını ziyarət edib
- Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir
- Şimali Makedoniya prezidenti Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıb
- Rusiyanın televiziya kanalları Heydər Əliyev haqqında reportaj yayımladı