Rusiya Bakıda keçirilən Avropa Oyunları-2015-ə yalnız böyük sayda idmançı deyil, eləcə də 100-ə yaxın veteran-çempionlarını göndərir.
Oxu.Az bu barədə “Rossiyaskaya qazeta”ya istinadən xəbər verir.
Avropa Oyunlarının iştirakçılarına gəldikdə isə 341 rusiyalı idmançı 29 idman növündə Bakıda çıxış etmək hüququnu qazanıblar. Mayın ortasına qədər 19 namizədin də lisenziya almaq şansı var. Bakıda olimpiya çempionu, gimnast Aliya Mustafina, cüdoçu Mansur İsyaev, məşhur güləşçilər, taekvondoçu və atıcıların gələcəkləri artıq məlumdur.
Yalnız voleybolçular və qılınc oynadanlar ikinci tərkib ilə çıxış edəcəklər. Oyunçular Dünya liqasında yarışır və Qran-pri uğrunda mübarizə aparırlar, qılıncoynatma üzrə Rusiya yığması Avropa Oyunlarından sonra başlayacaq Moskva dünya çempionatında mübarizə aparmalıdır. Su idman növlərində gənclər çıxış edəcəklər, belə ki, su idman növləri üzrə dünya çempionatı iyulun sonunda Kazanda keçiriləcək.
F.H.
www.oxu.az