Bu gün Bakıda Əməyin Təhlükəsizliyi üzrə Beynəlxalq Sammit keçirilir.
Oxu.Az xəbər verir ki, tədbirdə BP-nin Azərbaycan, Gürcüstün və Türkiyə üzrə Regional prezidenti Qordon Birrell, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Milli Məclisin deputatı Hadı Rəcəbli və bir sıra beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı gözlənilir.
Qeyd edək ki, sammitin keçirilməsində məqsəd əməyin mühafizəsi sahəsində mövcud olan problemlərin müzakirəsidir.