Amerikalı pop ulduz Beyonsun anası ailə həyatı qurub.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, 61 yaşlı Tina Knowles 67 yaşlı aktyor Richard Lowsonla həyatını birləşdirib. Toy "Sonsuzluq" adlı yaxtada baş tutub.
Mərasimə Beyons və həyat yoldaşı Jay-Z də qatılıb. Nikahdan sonra Jay-Znin Tribeca binasında parti təşkil edilib. Partidə Beyonsun meneceri Mathew, bacısı Solange, "Destinys Child" qrubun üzvləri Kelly Rowland, Michelle Williams və dostları Gwyneth Paltrow da iştirak edib.
Qey edək ki, bu, Tina Knowlesin ikinci evliliyidir.
Aytən Sadıqzadə