Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Barselona" klubunun ilk xarici fanşopu Cənubi Qafqazda açılacaq
"Barselona" yaxın vaxtlarda ilk xarici mağazasını Cənubi Qafqazda - Gürcüstanda açacaq.
Oxu.Az xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının verdiyi məlumata görə, lisenziyalaşdırma və merçendayzinq biznesinin inkişafı proqramı çərçivəsində üç klub mağazası açılacaq.
Onlardan birincisinin açılışı martın 29-da Tbilisidə (Gürcüstan) baş tutacaq. Qeyd olunur ki, Gürcüstanın paytaxtında yerləşən mağaza həm də "Barsa"nın ilk xarici mağazası olacaq. Aprelin 1-də Malaqada yeni mağaza açılacaq. Üçüncü mağaza isə Palma de Mallorka hava limanında açılacaq. Tədbirin yay aylarında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Tbilisidəki mağazanın şəhərin tarixi mərkəzində yerləşəcəyi bildirilir.
"Barselona FK" teqi üzrə xəbərlər
- Klublararası dünya çempionatında qalmaqal: "Barselona", yoxsa "Liverpul"?
- "Barselona" Messini qaytarmaq istəyir?
- Ansu Fatinin atası "Barselona" rəhbərliyinə şikayət etdi
- Manuel Noyer Almaniya millisinə qayıda bilər
- PSJ klubu "Barselona"nın gənc ulduzu üçün rekord transfer təklifi göndərməyi planlayır