Çempionlar Liqasının 1/4 mərhələsinin ilk görüşündə Dortmundun “Borussiya” klubu doğma meydanda Fransanın “Monako” komandasına məğlub olub.
Oxu.Az-ın məlumatına görə, “Siqnal İduna Park” stadionunda keçirilən qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Monako”nun heyətində Mbappe dubla imza atıb (19 və 79-cu dəqiqələrdə). Daha bir qolu isə meydan sahiblərinin futbolçusu Lars Bender öz qapısına vurub (35).
“Borussiya”nın heyətində isə Dembele və Kaqava, müvafiq olaraq 57 və 84-cü dəqiqələrdə fərqləniblər.
Cavab qarşılaşması aprelin 19-da Monakoda keçiriləcək.
S.B.
www.oxu.az