Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi olub.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, püşkatmanın nəticələrinə əsasən, cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.
Milli komanda yarışda doqquz çəki dərəsində 11 kişi və dörd qadın cüdoçu ilə təmsil olunacaq. Martın 22-24-də təşkil olunacaq yarış Bakı vaxtı ilə saat 09:00-da start götürəcək.
Qadınlar
- 48 kiloqram
Leyla Əliyeva - Katharina Tanzer (Avstriya)
- 52 kiloqram
Gültac Məmmədəliyeva - Leonye Qonzalez (Fransa) / Binta Ndyaye (İsveçrə) görüşünün qalibi ilə
- 57 kiloqram
Acelya Toprak - Nino Loladze (Gürcüstan)
Fidan Əlizadə - İrina Zueva (Fərdi Neytral İdmançılar) / Qvantsa Mtçedlişvili (Gürcüstan) qarşılaşmasının qalibi ilə
Kişilər
- 60 kiloqram
Balabəy Ağayev - Vicay Kumar Yadav (Hindistan)
Turan Bayramov - Kvanq cin Çae (Şimali Koreya) / Andrea Karlino (İtalya) qarşılaşmasının qalibi
- 66 kiloqram
Ruslan Paşayev - Qiqi Otyaşvili (Gürcüstan)
Rəşad Yelkiyev - Olu Kubaniçbek Aybek (Qırğızıstan)
- 73 kiloqram
İbrahim Əliyev - Mark Xristov (Bolqarıstan)
- 81 kiloqram
Məhərrəm İmamverdiyev - Asad Masabirov (Qırğızıstan)
Ömər Rəcəbli - Tomas Morales (Argentina)
- 90 kiloqram
Elcan Hacıyev - Camal Petqrave (Böyük Britaniya) / Davit Ağasaryan (Amerika Birləşmiş Ştatları)
Vüqar Talıbov - Aleks Barto (Slovakiya)
+100 kiloqram
Uşanqi Kokauri - Marvin Qadeo (Monako)
Camal Qamzatxanov - Şoxruxxon Baxtiyorov (Özbəkistan).
Rəylər