Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Braqa” ilə oyuna doğru: Statistika nə deyir?
“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində bu gün “Braqa”nın qonağı olacaq.
“Braqa” evində oynadığı son on görüşdə cəmi bir dəfə məğlub olub. Komanda Portuqaliya çempionatında dekabrın 18-də “Benfika”ya uduzub - 0:1. Digər doqquz oyunda isə dörd heç-heçə edib, beş dəfə qələbə qazanıb. Komanda ev oyunlarında 17 qol vurub, 7-ni buraxıb.
“Qarabağ” isə son on səfər matçında iki dəfə məğlub olub. Komanda çempionatda “Araz-Naxçıvan”a, Avropa Liqasında isə “Bayer”ə uduzub. “Qarabağ” səfərdə keçirdiyi son 5 oyunu qələbə ilə başa vurub. “Atlılar” qonaq qismində oynadıqları matçlarda 24 qol vurub, 14-nü buraxıblar.
Avrokubok mövsümünə Çempionlar Liqasında başlayan Portuqaliya təmsilçisinin turnirdəki statistikası belədir: 6 oyun, 1 qələbə, 1 heç-heçə, 4 məğlubiyyət. Vurulan qol 6, buraxılan 5.
“Braqa”nın son görüşlərdəki uğursuz statistikası “atlılar”ı yanıltmamalıdır. Portuqaliyada iddialı kollektivlərdən hesab olunan “Braqa” sürətli, dinamik oyunu ilə seçilir. Komandanın hücumda əsas qol silahı Simon Banzadır. Forvard bu mövsüm 14 qol vurub. Cinah oyunçuları Rikardo Horta və Bruma da effektliyi ilə seçilib. Görüşdə “Qarabağ”ın cinah müdafiəçilərinin üzərinə böyük yük düşəcək.
Azərbaycan təmsilçisinin çalışdırıcısı Qurban Qurbanov da oyunöncəsi baş tutan mətbuat konfransında “Braqa”nın son oyunlardakı uğursuz statistikasına aldanmamalı olduqlarını bildirib. “Qarabağ” avrokuboklarda səfərdə daha yaxşı oyun sərgiləyir və sərfəli nəticə qazanmağı bacarır.
“Braqa” - “Qarabağ” görüşü bu gecə saat 00:00-da start götürəcək. Komandalar arasındakı cavab görüşü fevralın 22-də Bakıda olacaq.
futbolpress.az
"Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA ispaniyalı hakimləri Avrokubok oyunlarından uzaqlaşdırıb
- "Bavariya" - "Benfika" matçı zamanı bədbəxt hadisə yaşanıb
- "Barselona" 97 il sonra ilkə imza atıb
- "Srvena Zvezda" ilə görüşdə zədələnən Kubarsinin üzünə tikiş qoyulub
- ÇL-in Liqa mərhələsində IV turun son oyun gününün ən yaxşı futbolçuları
Rəylər