Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Braziliyalı futbolçu İngiltərə Premyer Liqasında rekorda imza atıb
İngiltərənin "Fulhem" komandasının oyunçusu Villian Premyer Liqada rekorda imza atıb.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı braziliyalı yarımmüdafiəçi Cənubi Amerikadan olan futbolçular arasında İngiltərə çempionatında oyun sayına görə (326) birinci olub. O bunu "Aston Villa"ya 0:1 hesabı ilə uduzduqları matçda meydana çıxmaqla reallaşdırıb.
Braziliya millisinin sabiq üzvü bu göstəricidə 2006-2019-cu illərdə "Uiqan" və "Mançester Yunayted"in heyətində Premyer Liqada 325 görüş keçirən ekvadorlu Antonio Valensiyanı qabaqlayıb.
Qeyd edək ki, Villian İngiltərədə "Çelsi" və "Arsenal" klublarının da formasını geyinib.
"İngiltərə Premyer Liqası (İPL)" teqi üzrə xəbərlər
- İngiltərə Premyer Liqası: "Arsenal"a qələbə üçün bir qol bəs etdi
- İngiltərə Premyer Liqası: "Çelsi" - "Mançester Yunayted" matçının taleyini tək qol həll etdi
- İngiltərə Premyer Liqası: "Aston Villa" "Tottenhem"dən üstün oldu
- Bu gün keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI
- "Arsenal" növbəti mövsüm üçün ev formasını təqdim edib